2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 109,646 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 4,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə sığorta sektorunun gəlirləri 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 26,8% - 743,525 milyon manata qədər artıb.
Sığorta haqları 10,8% - 638,818 milyon manata qədər, xalis sığorta ehtiyatları 15,410 milyon manat artıb.
İnvestisiya gəlirləri 50,839 milyon manat (artım 11,4%), sığorta haqlarında təkrar sığortaçıların payı 18,897 milyon manat (artım 28,8%) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 28,5% - 615,671 milyon manatadək artıb. Sığorta ödənişləri 310,607 milyon manat (artım 50,6%), təkrar sığorta ödənişləri 128,667 milyon manat (artım 16,3%), işin aparılması xərcləri 144,73 milyon manat (artım 4,7%) təşkil edib.
Yanvar-sentyabr aylarında sığortaçılar 18,199 milyon manat məbləğində (artım 7,7 dəfə) mənfəət vergisi ödəyiblər.
2020-ci il oktyabrın 1-nə sığorta sektorunda 34 hüquqi şəxs qeydiyyata alınıb, onların 33-ü özəl hüquqi şəxsdir (8 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, oktyabrın əvvəlinə ölkədə 22 sığorta, 1 təkrarsığorta və 12 broker şirkəti fəaliyyət göstərir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət