Azərbaycan UNESCO ilə Dağlıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərdə mədəni irsin qorunması məsələsində ölkənin ərazi bütövlüyünə hörmətə əsaslanan əməkdaşlığa hazırdır. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin açıqlamasında deyilir.
“Azərbaycan missiyanın təşkilinin təfərrüatlarını UNESCO ilə müzakirə etmək üçün konstruktiv dialoqa açıqdır və UNESCO ilə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir”, - deyə açıqlamada bildirilir.
XİN hesab edir ki, UNESCO öz missiyasını müstəqil və obyektiv şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir. UNESCO tərəfindən bu cür mətbuat açıqlamalarının verilməsi Azərbaycan ilə UNESCO arasında mövcud olan əməkdaşlığın ruhuna uyğun gəlmir.
“UNESCO tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına missiyanın göndərilməsi təklifinin Azərbaycan tərəfindən nəzərdən keçirilməsi barədə təşkilata dəfələrlə məlumat verilib. Məsələ ilə bağlı vurğulanmalıdır ki, mədəni mülkiyyətimizə vurulmuş zərərin dəyərləndirilməsinə dair bölgəyə UNESCO missiyasının təşkili zamanı bir sıra amillər, o cümlədən ərazidə təhlükəsizliyin təmin olunması, hava və çətin relyef şəraiti də nəzərə alınmalıdır. Məlum olduğu kimi, Azərbaycan əraziləri Ermənistan tərəfindən həm işğal müddətində minalanıb, həm də Ermənistan ordusu işğal edilmiş ərazilərimizdən geri çəkilərkən tarix və mədəniyyət abidələrinin ətrafını da minalayaraq ərazini təhlükəli bölgəyə çevirib”, - deyə XİN-in açıqlamasında qeyd olunur.
“İşğaldan azad edilən Azərbaycan torpaqlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsin ilkin monitorinqinə başlanılıb və ilkin monitorinqin nəticələri UNESCO-ya rəsmi şəkildə təqdim olunub. Monitorinqin hesabatında, həmçinin vaxtilə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizdə bütün dini və mədəni abidələrimizin dağıdılması, o cümlədən məscidlərimizin təhqir edilməsini əks etdirən fotolar da yer alıb. Ümid edirik ki, sözügedən monitorinqin hesabatında əks olunan hərbi cinayətlərə UNESCO səssiz qalmayacaq”, - deyə XİN vurğulayır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət