2019-cu ildə “Aztelekom” MMC-nin xalis zərəri 1 milyon 874 min manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən, 2019-cu ildə MMC-nin gəlirləri 84 milyon 364 min manat (artım 7,8%), xidmətlərin maya dəyəri 54 milyon 896 min manat (artım 3,3%) təşkil edib.
2019-cu ildə cəmiyyətin əməliyyat və inzibati xərcləri 28 milyon 78 min manat (azalma 23,7%) təşkil edib.
Hesabat dövründə “Aztelekom”un əməliyyat mənfəəti 2018-ci ildə 14,076 milyon manat məbləğində əməliyyat zərərinə qarşı 501 min manat təşkil edib.
Ötən il müəssisənin vergi ödənilənədək mənfəəti 1,947 milyon manat (2018-ci ildə 12 milyon 540 min manat məbləğində vergi ödənilənədək zərərə qarşı), mənfəət vergisi üzrə ödənişləri 3,821 milyon manat (azalma 12%) təşkil edib.
2019-cu ildə “Aztelekom”un aktivləri 2,2% - 217 milyon 490 min manatadək, uzunmüddətli aktivləri 1,8% - 201 milyon 630 min manatadək, qısamüddətli aktivləri isə 6,9% - 15 milyon 860 min manatadək azalıb.
1 yanvar 2020-ci il tarixinə cəmiyyətin öhdəlikləri 34 milyon 404 min manat (azalma 30,1%), o cümlədən qısamüddətli öhdəlikləri 30 milyon 522 min manat, uzunmüddətli öhdəlikləri 3 milyon 882 min manat təşkil edib.
Cəmiyyətin kapitalı 183 milyon 86 min manata (artım 5,7%), nizamnamə kapitalı 22 milyon 244 min manata (dəyişməyib) bərabərdir. 1 yanvar 2020-ci il tarixinə ümumi bölüşdürülməmiş mənfəət 33 milyon 457 min manat (azalma 5,1%) həcmində qiymətləndirilir.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini birləşdirir. Birlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət