Caspian Energy ClubvəCaspian Energy International Media Group Alternative Energy International Media Group şirkətindəki pay iştirakını satışa çıxarıb. Alternative Energy International Media Groupşirkətinin satış məqsədi rüblük beynəlxalqAlternative Energy jurnalının nəşrinin bərpası, alternativ və bərpa olunan enerji mənbələri sahəsində baş verənləri işıqlandıracaq internet portalının yaradılması üçün investorlar cəlb etməkdir.
Alternative Energyjurnalının səhifələrində və internet portalda həmçinin ekologiya, eyni zamanda Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrində innovasiya texnologiyalarının, enerjiyə qənaət və enerjidən səmərəli istifadə sisteminin tətbiqi məsələlərinə xüsusi diqqət ayrılacaq.
Alternative Energy International Media Group və Caspian Energy Club-un birgə fəaliyyəti region ölkələrində, xüsusilə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində alternativ və bərpaolunan enerji mənbələri sahəsində böyük layihələr həyata keçirməkdə maraqlı olan iri şirkət və investorların diqqətini cəlb etməyə xidmət edir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi şəkildə müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət