Nazirlər Kabineti 2021-ci il oktyabrın 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yalnız yeni smeta-normativ və qiymətqoyma sistemi və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsinə dair qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
Bununla əlaqədar sözügedən metodun tətbiqi üzrə elektron baza yaradılır.
Fövqəladə Hallar Nazirliyinə digər dövlət qurumları ilə birlikdə müxtəlif tikinti xidmətləri və daşımaların dəyərini müəyyən edərək məlumatların yaradılan bazaya daxil edilməsini 2021-ci il avqustun 1-dək təmin etmək tapşırılıb.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinə yeni smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi məqsədilə 2022-ci il aprelin 1-dək müvafiq normativ-metodik sənədlərin hazırlanmasını təmin etmək tapşırılıb.
Nazirlər Kabinetində qeyd ediblər ki, yeni mexanizm ölkənin tikinti sektorunda şəffaflığın təmin olunmasına, bürokratik işlərin azaldılmasına və prosesin sadələşdirilməsinə xidmət edəcək.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət