2020-ci ildə ən böyük uğurumuz şübhəsiz ki, Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz oldu. Artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir dövr başlayır. Bu mərhələdə işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın daha da gücləndirilməsini təmin edəcək.
Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı.
Hər zaman olduğu kimi dövlətimizin və xalqımızın yanında olduğunu bəyan edənBank Respiblika “Qarabağ Dirçəliş Fondu”na 200 000 manatməbləğində vəsaiti köçürməyi özunə borc bildi. Qeyd edək ki, bundan əvvəl “Koronavirusla Mübarizəyə Dəstək Fondu”, “Silahlı Qüvvələrə Yardım Fondu” və “YAŞAT Fondu”na vəsait ianə edən ilk banklardan biri də məhz Bank Respublika olmuşdur.
Bank, bununla yanaşı, Fonda dəstək olmaq istəyən müştəriləri üçün də yeni imkan yaradıb.Belə ki, indi bütün Mobil Şöbəistifadəçiləri istənilən məbləği bir toxunuşla“Qarabağ Dirçəliş Fondu”naköçürə biləcəklər.Qeyd edək ki, “Qarabağ Dirçəliş Fondu”na istər vətəndaşlar, istərsə də müəssisələr tərəfindən edilən bütün ianə və köçürmələr “Bank Respublika”da komissiyasız və məhdudiyyətsiz həyata keçirilir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət