SOCAR şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 2022-ci ilin ortalarında Avro 5 tələblərinə cavab verən dizel istehsalına başlanılmasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a SOCAR-dan məlumat verilir.
“2020-ci ildə Covid-19 pandemiyası layihənin bir qədər gecikməsinə səbəb olmuş və yeni qrafikin qəbul olunması labüdləşmişdir. Yeni qrafikə əsasən, NEZ-də Avro 5 tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə Avro 5 standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də Ai-92 və Ai-95 markalı benzin istehsal olunacaq”, - məlumatda deyilir.
SOCAR-ın məlumatına görə, 2020-ci ildə aparılan texniki təftiş və modelləşmə işləri nəticəsində layihənin cari mərhələsi çərçivəsində NEZ-də Avro 5 benzin istehsalının təmin edilməsi məqsədi ilə 3 yeni qurğunun – amin təmizləmə (maye qazların kükürddən təmizlənməsi), LPG Merox (maye qazların ilkin təmizlənməsi və merkaptanlardan təmizlənməsi), benzin hidrotəmizləmə (katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi) qurğularının inşasının vacibliyi müəyyənləşdirilmişdir. Bu qurğunun inşası Avro 5 keyfiyyətinə cavab verən benzinin istehsalı baxımından zəruridir.
“Hazırkı mərhələdə 12 yeni qurğu inşa edilərək, istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri görüləcəkdir. Bu isə zavoddakı qurğuların 65%-nin yeni qurğularla əvəzlənməsi deməkdir. Hazırkı mərhələnin sonunda zavodda 22 əsas texnoloji qurğu fəaliyyət göstərəcək”, - məlumatda qeyd olunur.
Həmçinin SOCAR ümumzavod təsərrüfatı və mövcud infrastrukturun 70%-ni tam yeniləməyi planlaşdırır. Ümumzavod təsərrüfatının yenilənməsi çərçivəsində ən mühüm sahələrdən biri çirkab suların təmizlənməsi sahəsi və yeni məşəl sisteminin inşasıdır ki, ətraf mühitə mənfi təsirləri xeyli azaldacaq. Layihənin hazırkı mərhələsinə həmçinin müxtəlif təyinatlı boru kəmərləri, kabel xətləri, yeni laboratoriya, elektrik yarımstansiyalar və yeni çənlər parkının tikintisi də daxildir.
“Beynəlxalq şirkətlər tərəfindən zavodun əsas qurğularında aparılmış son təftiş nəticəsində NEZ-in bir neçə əsas qurğunun, o cümlədən neftin ilkin emalı qurğusunun istismar müddətinin sona yaxınlaşması nəzərə alınaraq, həmin qurğuların da yeniləri ilə əvəz edilməsini tövsiyə olunmuşdur. Bununla əlaqədar, SOCAR tərəfindən müvafiq ilkin tədqiqat və layihələndirmə işlərinə başlanılmışdır. Aparılan tədqiqatın nəticələri və müvafiq təkliflər şirkətin Müşahidə Şurasına təqdim ediləcək”, - məlumatda qeyd olunur.
Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi ümumilikdə 3 mərhələdə həyata keçiriləcək.
BNEZ-in yenidən qurulmasının birinci mərhələsi 2018-ci ildə başa çatıb. Nəticədə yeni bitum qurğusu və LPG məntəqəsi istifadəyə verilib.
BNEZ-in yenidən qurulmasının ikinci mərhələsinin yekununda Avro-5 standartı üzrə dizel yanacağının istehsalı, üçüncü mərhələnin yekunları üzrə Avro-5 standartı üzrə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalı təşkil olunacaq.
SOCAR BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri 2024-2025-ci illərdə başa çatdırmağı planlaşdırır.
Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.
Layihə $2,2 milyard məbləğində qiymətləndirilib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət