NEQSOL Holding tərkibində olan şirkətlərin əməkdaşlarının fərdi və peşəkar inkişafı üçün NEQSOL Academy adlı yeni çoxfunksionallı rəqəmsal təlim və ünsiyyət platformasını istifadəyə verib.
NEQSOL Academy hər zaman, hər yerdə qlobal öyrənmə imkanları ilə holdinqin tərkibindəki şirkətlərin əməkdaşlarının inkişafını dəstəkləmək üçün yaradılıb. Bu məqsədlə Harvard Business School, MIT Sloan School, SkillSoft, RBL Institute, ADA Universiteti və digər təhsil müəssisələri ilə əməkdaşlıq yaradılıb, onların proqramları platformaya əlavə edilib. Holdinqin 8 ölkədə fəaliyyət göstərən şirkətlərinin 10,000-dək əməkdaşı vahid platformadan 6 dildə liderlik, idarəetmə, şəxsi inkişaf, funksional və digər mövzularda təlimlərdən yararlanacaq.
“Azərbaycanda və ətraf regionda ilk dəfə belə geniş imkanlara və xüsusiyyətlərə malik rəqəmsal təlim və inkişaf platforması istifadəyə verilib. Bu bizim holdinqdə insan kapitalının davamlı inkişafına verilən böyük önəmi bir daha əks etdirir”, deyə NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.
“Holdinqin müxtəlif ölkələrdə çalışan 10,000-dək əməkdaşının fərdi və peşəkar inkişafında, eləcə də komanda ruhunun güclənməsində NEQSOL Academy önəmli rol oynayacaq. Biz bu platformanı davamlı olaraq genişləndirəcəyik. Əminəm ki, NEQSOL Academy “mükəmməlliyə doğru səyahət” missiyasını uğurla həyata keçirəcək”, deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib.
NEQSOL Academy həmçinin müxtəlif sənayeləri, mədəniyyətləri və ölkələri təmsil edən holdinqin əməkdaşları üçün sosial platforma vasitəsilə ünsiyyət qurmaq, bir-birindən öyrənmək və əlaqə saxlamaq üçün geniş imkanlar yaradır.
NEQSOL Holding-in əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri aiddir. Holdinqin tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələri əhatə edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət