İtaliyanın Maire Tecnimont S.p.A. qrupunun törəmələri olan Tecnimont S.p.A. və KT-Kinetics Technology S.p.A. şirkətləri Heydər Əliyev adına Neft Emalı Zavodunda (BNEZ) Avro-5 standartına uyğun benzin istehsalı üçün lazım olan üç yeni emal qurğusu quraşdıracaq. Bu barədə SOCAR-dan məlumat verilir.
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu modernizasiya və yenidənqurma layihəsi çərçivəsində Maire Tecnimont S.p.A. qrupunun törəmələri olan Tecnimont S.p.A. və KT-Kinetics Technology S.p.A. şirkətləri ilə iki Mühəndislik, Təchizat və Tikinti (EPC) sazişi imzalanıb.
“İmzalanmış sazişlərin ümumi dəyəri 160 milyon dollar təşkil edir. Sazişlər Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan benzinin keyfiyyətinin Avro-5 standartına yüksəldilməsində həlledici əhəmiyyətə malik Katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi qurğusunun və LPG (Maye qaz) merkaptan oksidləşdirici qurğusunun, Aminlə təmizlənmə və LPG-nin ilkin emalı qurğularının quraşdırılmasını nəzərdə tutur”, - məlumatda qeyd olunur.
Yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.
“Bu, Maire Tecnimont qrupunun əsas fəaliyyət sahəsində mühüm bir mərhələdir, belə ki, sazişlər qrupun Azərbaycan bazarında və emal sektorunda mövqeyinin möhkəmlənməsinə imkan verir. Bundan əlavə, qrupun unikal qabiliyyətlərinin, texnoloji təcrübəsinin və EPC podratçılar arasındakı sinerjisinin gücləndirilməsi istiqamətində fəaliyyətini təsdiqləyir”, - məlumatda deyilir.
“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Cənubi Qafqaz regionunda yeganə neft emalı kompleksi kimi böyük rol oynayır. Zavod regionun yanacaq təchizatını həyata keçirir və SOCAR-ın neft-kimya müəssisələrini xammal ilə təmin edir. NEZ-in yenidən qurulması dizel yanacağının və benzinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq Avro-5 standartına uyğunlaşdıracaq, eyni zamanda Azərbaycanın neft-kimya sənayesi üçün davamlı və səmərəli xammal bazası yaradacaq. Yenidənqurma işləri iqtisadi və ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır və şəhərlərimizdə həyat keyfiyyətinin yüksəldilməsi üçün vacibdir», - məlumatda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərindən sitat gətirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət