Operativ məlumatlara əsasən, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsiri 4 milyard 698 milyon manat təşkil edib. Bu barədə maliyyə nazirinin müavini Azər Bayramov bəyan edib.
Maliyyə Nazirliyinin geniş kollegiya iclasında Bayramov qeyd edib ki, 2020-ci ildə icmal büdcənin gəlirləri 24 milyard 463 milyon manat, xərcləri - 29 milyard 160 milyon manat icra olunub.
“İcmal büdcədə yaranmış 4 milyard 698 milyon manat (2020-ci il ərzində ÜDM-in 6,5%-i- İF) kəsir proqnozlaşdırılmış 7 milyard 945 milyon manat kəsirə nisbətən 3 milyard 248 milyon manat və ya 40,9% az olub”, - nazir müavini bildirib. Bu barədə Maliyyə Nazirliyinə istinadən “İnterfaks-Azərbaycan” məlumat verir.
Bayramov qeyd edib ki, 2020-ci ildə dövlət büdcənin gəlirləri 24 milyard 679 milyon manat və ya 102,3%, xərcləri isə 26 milyard 416 milyon manat və ya 96,1% icra olunub.Dövlət büdcəsinin kəsiri 1 milyard 737 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan kəsirdən 48,4% azdır.
2020-ci ildə büdcə kəsirinin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icra olunması hesabına yaranıb.Xüsusilə, Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7 milyard 387 milyon manat vəsait təmin edilib ki, bu isə proqnoza qarşı 197 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsi tərəfindən isə dövlət büdcəsinə 3 milyard 938 milyon manat vəsait təmin edilib. Bu isə proqnoza qarşı 108 milyon manat çoxdur.
Azərbaycan Dövlət Neft Fondunun transferti üzrə daxilolmalar 100% və ya 12 milyard 200 milyon manat həcmində olub.
Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə dövlət büdcəsinə 596 milyon manat, sair daxilolmalar üzrə 558 milyon manat vəsait daxil olub.
Bayramov əlavə edib ki, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə 2020-ci il 1 yanvar tarixindən beynəlxalq təcrübəyə uyğun yeni vahid büdcə təsnifatının tətbiqinə başlanılıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət