2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu sahibkarlara 80 milyon manat məbləğində subsidiyalar verməyi planlaşdırır. Bu barədə SİF-in İdarə Heyətinin sədri Kənan Nəcəfov bəyan edib.
“Ümumilikdə 2020-2021-ci illərdə koronavirus pandemiyasından zərər görmüş sahibkarlara 100 milyon manat məbləğində subsidiyalar verməliyik. Bu məbləğin 20 milyon manatı ötən il ödənilib. Qalan 80 milyon manat cari il ödəniləcək”, - Nəcəfov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il subsidiyaların alınması ilə bağlı Fonda 2,3 75 min müracit daxil olub, müraciətlərin 83%-i müsbət qiymətləndirilib.
“Müsbət qiymətləndirilən müraciətlər üzrə subsidiyaların məbləği 33 milyon manat təşkil edib. Bu məbləğdən 20,1 milyon manat sahibkarlara artıq ödənilib”, - Nəcəfov qeyd edib.
SİF-in sədri əlavə edib ki, 2021-ci ildə sahibkarlara kreditlər üzrə zəmanətin həcmi 370 milyon manat məbləğində planlaşdırılır. 2020-ci ildə bu göstərici 148 milyon manat təşkil edib.
Nazirlər Kabineti iyulun 9-da “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.
Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir.
Zəmanət aşağıdakı hallarda verilmir: sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə; kredit hesabatına əsasən sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda; sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda; sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda; sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda; sahibkarlıq subyekti riskli vergi ödəyicisi olduqda.
Hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır.
Bundan başqa, hökumət dövlət zəmanəti verilməyən ümumilikdə 1 milyard manat məbləğində cari biznes kredirlərini subsidiyalaşdırır. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir (kreditlər üzrə faiz dərəcəsi və müddətdən asılı olmayaraq). **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət