Ermənilər separatçılıq deyil, qanun və konstitusiyaya riayət etmək yolunu seçsəydilər, Dağlıq Qarabağ ətrafında 30 mindən artıq insanın həyatına son qoyan faciəvi hadisələr baş verməyə bilərdi. Politoloq Fuad Axundov belə hesab edir.
“Hər şey 1988-ci ilin fevral ayında başlandı. 4 mindən artıq şəxs Quqark rayonundan qaçqın düşdülər. Qaldırılması və təsdiq edilməsi asan olan arxiv sənədləri bu barədə xəbər verir. Bir müddət sonra, məhz 14-15 fevral tarixlərində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti səfər edir və onun üzvləri fevralın 22-də (qeyd: Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağvilayət komitəsinin) plenumunun iclasında çıxışlarında bildiriblər ki, sərhədlərin dəyişdirilməsi (qeyd: Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq Ermənistan SSR-ə verilməsi) həm Azərbaycan, həm də Ermənistan üçün zərərdir”
Politoloqun fikrincə, əgər o dövrdə bu nöqteyi-nəzəri diqqətə alsaydılar, əgər Dağlıq Qarabağda qanuni hərəkət etsəydilər, özlərini konstitusiyaya uyğun şəkildə, sivil qaydada aparsaydlar, “bu 33 ildə müşahidə etdiklərimiz baş verməzdi”.
Robert Koçaryan və Serj Sarqsyan barədə danışan Axundov onları hərbi cinayətkarlar adlandırıb, yeri gəlmişkən onlar da yuxarıda qeyd olunan plenumda iştirak ediblər. “Bu nasistlər qanuna qarşı gedərək insanların qanını tökməyə başladılar. Emənistanın bugünkü vəziyyəti – iki terrorçu tərəfindən bu ölkənin idarə olunmasının müntəzəm surətdə nəticəsidir”, - Axundov qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
O əlavə edib ki, Ermənistanın ucbatından 30 il ərzində aparılan qarşıdurmalar nəticəsində həm Ermənistan, həm də Azərbaycan tərəfindən 30 mindən artıq şəxs həlak olub. “Bu illər ərzində heç nə dəyişməyib, dünyada heç kəs Dağlıq Qarabağı tanımayıb. Nəticədə, 33 il ərzində Ermənistan və Azərbaycan 30 mindən artıq şəxs itirdi. İtirilmiş həyatlardan faciəli axı nə ola bilər?”, - Axundov bildirib.
Eyni zamanda, o vurğulayıb ki, 1988-ci ildə Sumqayıt hadisələri Ermənistan tərəfinin növbıti çirkin planı olub. “Sumqayıt hadisələri çoxdan planlaşdırılışmışdı. Mətbuat yalnız Sumqayıtda baş verən “qırğınları” işıqlandırırdı, Ermənistan baş verən hadisələri barədə heç kim yazmırdı, çünki KİV ermənilər tərəfindən idarə olunurdu”, - politoloq qeyd edir.
Axundov hesab edir ki, bu gün erməni xalqı yalançı təbliğat və tarixin qurbanıdır. “Siması ağıl ilə eybəcərləşməyən, nitqi isə cinayətkar dünyanın leksikası ilə bol olan Aram Qabriyelyanov Peqova pul verirdi ki, o, 44 gün Qarabağda o yana, bu yana qaçaraq erməni xalqını aldatsın. İndi ermənilər kimin dalınca gedəcəklərini seçməlidirlər. Kim olur olsun, yalnız Qabriyelyanov kimi cinayətkarlar olmasın. Axı Ermənistanda ziyalılar var. Misal üçün, Karen Şahnazarov... və ya, yeri gəlmişkən, bügünkü gün barədə xəbərdarlıq edən Ter-Petrosyan. Mənim erməni xalqına yazığım gəlir, çünki zənnimcə, gələcəkdə bu xalqı Qabriyelyanov kimi fırıldaqçıların növbəti “möhtəşəm” layihələri gözləyir”, - Axundov bəyan edib.
Politoloq vurğulayıb ki, tanınmış klassik yazıçının sözlərini bir qədər dəyişsək, hazırda erməni cəmiyyəti üçün “Qabriyelyanov, xalq üçün yalan neçəyədir?” ən mühüm sualdır. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət