Mart ayının 1-dən etibarən “AccessBank”da iki yeni İcraçı Direktor vəzifələrinin icrasına başlayır. Bunlar Pərakəndə Bankçılıq üzrə İcraçı direktor İlkin Quliyev və Risklərin İdarə Edilməsi üzrə İcraçı direktor Orxan İsmayılovdur.
İlkin Quliyev “AccessBank”da fəaliyyətinə 2019-cu ilin aprel ayında Pərakəndə Bankçılıq departamentinin direktoru vəzifəsində başlayıb. Cənab Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir. O, “AccessBank”dan öncə 4 bankda Xidmət, Şöbə və Departament rəhbəri vəzifələrində işləyib.
İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın idarə olunması” üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində “Bank və Maliyyə” üzrə magistr dərəcələrinə yiyələnib.
Orxan Ismayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb. Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət