2020-ci ildə “AzRe Təkrarsığorta” şirkətinin təkrar sığorta üçün alınmış sığorta haqları 69 milyon 318 min 588,5 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ildə “AzRe Təkrarsığorta” şirkətinin təkrar sığortaya qəbul etdiyi risklərin həcmi 57 milyon 801 min 346,02 manat təşkil edib. Beləliklə, 2020-ci ildə şirkətin təkrar sığorta haqları 19,9% artıb.
“AzRe Təkrarsığorta”nın auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 48 milyon 565 min 150,69 manat (2019-cu illə müqayisədə azalma 19,6%) məbləğində olub.
Ötən il şirkətin xərcləri 48 milyon 13 min 746,86 manat (artım 68,8%), o cümlədən sığorta hadisələri üzrə ödənişləri 23 milyon 844 min 191,42 manat (artım 2,9 dəfə), sığorta işinin aparılması xərcləri 10 milyon 782 min 607,28 manat, təkrar sığortaya verilən sığorta haqları 12 milyon 371 min 241,92 manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2020-ci ildə “AzRe Təkrarsığorta” şirkətinin vergi ödənilənədək mənfəəti 551 min 403,83 manat, 396 min 859,26 manat məbləğində mənfəət vergisi ödənildikdən sonra xalis mənfəəti 154 min 544,57 manat (2019-cu ildə 25 milyon 586 min 398,66 manat) təşkil edib.
Maliyyə hesabatına əsasən, 2020-ci ildə şirkətin aktivləri 3,4% - 128 milyon 413 min 381,05 manata qədər, öhdəlikləri 89,4% - 59 milyon 358 min 451,41 manata qədər artıb, kapitalı 25,6% - 69 milyon 54 min 929,64 manata qədər azalıb.
Ötən il şirkətin nizamnamə kapitalı 50 milyon manat səviyyəsində qalıb.
“AzRe Təkrarsığorta” şirkəti 2020-ci ildə dövlət qiymətli kağızlarına investisiya portfelini 24% – 37 milyon 285 min 458,16 manata qədər artırıb.
“AzReTəkrarsığorta” ASC Azərbaycanın sığorta bazarında təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir.*
Ə.Məmmədov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət