Azərbaycan Energetika Nazirliyi, “Azərenerji” ASC və “Masdar” şirkəti (BƏƏ) arasında Abşeronda günəş elektrik stansiyasının tikinti layihəsinin reallaşdırılması məqsədilə sənədlər paketi imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindəki mənbə məlumat verib.
Xüsusilə, Masdar şirkəti ilə 3 müqavilə imzalanıb: “İnvestisiya sazişi”, “Elektrik enerjisinin alqı-satqısına dair” saziş və “Paylayıcı şəbəkəyə qoşulmaya dair” saziş.
Stansiyanın gücü 230 MVt təşkil edəcək. Stansiya ildə 500 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək, 110 milyon kubmetr təbii qaza qənaət edəcək, 200 min ton karbon emissiyasını azaldacaq.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək.
Stansiyanın inşası iki ilə yaxın vaxt aparacaq. Layihəyə investisiya qoyuluşu $100 milyonadək məbləğdə qiymətləndirilir. Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.
“Masdar” – dünyada bərpa olunan enerji mınbələrinin inkişafı üzrə aparıcı beynəlxalq şirkətlərdən biri olan “Mubadala”nın törəmə bölməsidir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət