2021-ci ilin birinci rübündə Azərbaycan OPEC+ çərçivəsində neft hasilatı üzrə öhdəliyi 100,4% yerinə yetirib.
Energetika Nazilriyinin məlumatı əsasında “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, cari ilin yanvar-mart aylarında ölkədə orta gündəlik neft hasilatı (kondensatla birlikdə) 742,6 min barrel (yanvarda 752 min barrel, fevralda – 741 min barrel, martda – 734,8 min barrel) təşkil edib.
Eyni zamanda, birinci rübdə orta neft hasilatı 595 min barrel kvota halında 592,7 min barrel (yanvar və fevralda hər biri 593 min barrel, martda – 592,1 min barrel) təşkil edib. Beləliklə, Azərbaycan OPEC+ çərçivəsində neft hasilatı üzrə öhdəliyini 100,4% yerinə yetirib.
2021-ci ilin yanvar-mart aylarında OPEC+ sazişində nəzərdə tutulmayana kondensatın orta gündəlik hasilatı 149,9 min barrel (yanvarda – 159 min barrel, fevralda – 148 min barrel, martda – 142,7 min barrel) təşkil edəcək.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA)2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,75 milyon barrel həcmində, həmçinin cari ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatını 0,75 milyon barrel səviyyəsində proqnozlaşdırır.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib.
OPEC+ ölkələri nazirlərinin 2020-ci il dekabrın 3-də keçirilmiş iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması barədə qərar qəbul edilib. Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 milyon barrel, qeyri-OPEC ölkələri isə 2,636 milyon barrel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvar-aprel aylarında Azərbaycan gündəlik xam neft hasilatını 595 min barrel səviyyəsində saxlamalıdır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət