“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2021-ci ilin I rübündə yükaşırmanın həcmini 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,7% - 1,4 milyon tona qədər artırıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
Ümumi yükaşırmanın 93%-i tranzit yüklərin payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 22% çoxdur.
“Hesabat dövründə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən 0,5% - 9,165 min ədədə qədər artıb. Bunlardan 6,605 min ədədi (72%) Bakı-Türkmənbaşı-Bakı, 2,560 min ədədi isə (28%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib”, - deyə məlumatda bildirilir.
Yanvar-mart aylarında aşırılan konteynerlərin sayında 30% artım qeydə alınıb və konteynerlərin sayı TEU ekvivalentində 9,261 minə çatıb.
Cari ilin birinci rübündə quru yük terminalında aşırılan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 51,5% artaraq 290,883 min ton olub ki, bu yüklərin əsas hissəsini də Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib.
Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində qeydə alınıb. Belə ki, 2021-ci ilin ilk rübündə aşırılan neft və neft məhsullarının həcmi 437,31 min ton təşkil edib.
Bərə terminalında isə müvafiq dövrdə 6,611 min vaqon (azalma 32,8%) aşırılıb. Bunlardan 4,897 min vaqon Bakı-Türkmənbaşı-Bakı (74%), 1,714 min vaqon isə Bakı-Kurık-Bakı (26%) istiqamətində hərəkət edib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir. Limanın aşırma gücü 15 milyon ton quru yük və 100 min konteyner təşkil edir.
İkinci mərhələ başa çatdıqdan sonra limanın aşırma gücü 17 milyon ton yük və 150 min konteynerə qədər artacaq. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni liman 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşırma gücünə malik olacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət