2021-сi ildə Azərbaycan üçün bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price) $82,5, 2022-ci ildə $66,4 təşkil edəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd olunub.
İcmalda bildirilir ki, 2020-ci ildə bu göstərici neftin bir bareli üçün $65 təşkil edib.
“İtkisiz qiymət” səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.
Bundan başqa, BVF proqnozlaşdırır ki, 2021-ci ildə Azərbaycan üçün xarici ticarətdə bir barel neftin itkisiz qiyməti (external breakeven oil price) $98,6, 2022-ci ildə isə $98 barel (2020-ci ildə $69,5) təşkil edəcək.
Fondun proqnozlarına görə, Azərbaycandan neft ixracı 2020-ci ildəki gündəlik 0,58 milyon bareldən 2021-ci ildə 0,54 milyon barelə, 2022-ci ildə isə 0,5 milyon barelə qədər azalacaq.
Azərbaycanın 2021-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti $40 səviyyəsində nəzərdə tutulub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət