Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın “Avrora LLC” şirkətlər qrupuna dövriyyə kapitalının maliyyələşdirilməsi üçün $5,9 milyon məbləğində kredit ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“AİB “Avrora LLC” şirkətlər qrupuna $5,9 milyon məbləğində üçillik kredit verməyi planlaşdırır. Layihə üzrə hazırlıq işləri final mərhələsindədir. Layihənin 2021-ci ilin III rübündə Direktorlar Şurasında təsdiqlənməsi gözlənilir”, – deyə məlumatda bildirilir.
“Avrora LLC” Azərbaycanda üçüncü ən böyük qida və içki istehsalçısı və distribyutorudur.
“Kredit “Avrora LLC”nin buğda unu, makaron məmulatları, peçenye və süd məhsulları kimi əsas qida məhsullarının istehsalı və tədarükü üçün lazım olan dövriyyə kapitalının maliyyələşdirilməsinə xərclənəcək. Şirkət bu vəsaitdən, həmçinin COVID-19 pandemiyasının təsirini aradan qaldırmaq üçün lazım olan əlavə əməliyyat xərcləri (OPEX) üçün də istifadə edə bilər”, - deyə bankdan vurğulayıblar.
Bankın qiymətləndirmələrinə görə, əlavə dövriyyə kapitalı tədarükdə fasilələrin qarşısını almaq üçün şirkət tərəfindən təchizatçılarla daha sürətli ödənişləri təmin edəcək.
Xəbər verildiyi kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ilin mart ayında “Avrora” şirkətlər qrupuna istehsalın genişləndirilməsi üçün 50 milyon 668,5 min manat (25 milyon avro) məbləğində kredit (2 tranşla) ayırıb. 12,5 milyon avro məbləğində ilk tranş makaron məmulatlarının istehsalına investisiya qoyuluşu üçün nəzərdə tutulub. Qrup makaron fabrikinin tikintisini davam etdirir və kredit vəsaitinin bir hissəsini qısamüddətli kreditlərin təkrar maliyyələşdirilməsi üçün sərf etməyi planlaşdırır. 12,5 milyon avro məbləğində ikinci tranş peçenye və tort istehsalının maliyyələşdirilməsinə, o cümlədən avadanlıqların satın alınmasına sərf olunacaq. Layihənin ümumi dəyəri 56 milyon 748,72 min manatdır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5 milyarddan artıq məbləğdə kredit ayırıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət