Mayın 17-dən etibarən "Buta Airways" aşağı büdcəli aviaşirkəti Bakıdan Türkiyənin paytaxtı Ankara şəhərinə xüsusi reyslər yerinə yetirəcək.
“Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin 17 may tarixindən etibarən həyata keçirilməsi nəzərdə tutulur.Aaviaşirkət həftədə iki reys - həftənin birinci və dördüncü günləri uçuşlar yerinə yetirəcək”, - aviaşirkətdən məlumat verilib.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrətəklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyatopsiyaları daxildir.
Qeyd edilən reyslərəbiletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuşagentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.
Aviabiletlərin qiyməti 55 avrodan başlayır.
Pandemiya dövründə həmin reyslərəhəm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ciTerminalındaxidmət göstəriləcəkdir.
Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.
Bakı-Ankara istiqaməti üzrə reyslərin sərnişinləri Türkiyə ərazisinə giriş hüququna malik olmalıdırlar, koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar.
Ankara-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar, koronavirus infeksiyasının olmaması barədə arayışalmalıdırlar. Testin nəticəsində QR-kod qeyd olunması tövsiyə olunur (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq).
Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət