2020-ci ildə “Azərsu” ASC istehlakçılara içməli su satışından 133 milyon 954,8 min manat gəlir əldə edib ki, bu da 2019-cu ilin göstəricisindən 1,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Cəmiyyətin gəlirlərinin ümumi həcmində əhaliyə su satışından 71 milyon 289,4 min manat vəsait (azalma 3,3%) daxil olub.
Hesabat dövründə bütün kateqoriyalardan olan abonentlərə 1 kubmetr içməli suyun satışından “Azərsu” ASC-nin gəlirləri 0,41 manat (azalma 6,8%), o cümlədən Bakı şəhəri üzrə 0,47 manat təşkil edib.
Ötən il cəmiyyət Bakı şəhəri üzrə abonentlərə su satışından 82 milyon 271,2 min manat (azalma 1,1%), o cümlədən əhaliyə su satışından 39 milyon 153,3 min manat (azalma 1,3%) gəlir əldə edib.
Bu dövrdə cəmiyyətin su təchizatı sisteminin istismar xərcləri 407 milyon 37,1 min manat (artım 3,3%) təşkil edib ki, bunun da 192 milyon 6,7 min manatı (artım 7%) Bakı şəhərinin payına düşüb.
Bundan başqa, 2020-ci ildə “Azərsu” kanalizasiya xidmətlərinin göstərilməsindən 56 milyon 714,4 min manat (azalma 7,4%) gəlir əldə edib. Tullantı sularının axıdılmasından əldə olunmuş gəlirlərin 18 milyon 783,9 min manatı (artım 9,9%) əhalinin payına düşüb. Ötən il kanalizasiya sisteminin istismar xərcləri 79 milyon 218,6 min manat (artım 21,1%) təşkil edib.
Beləliklə, 2020-ci ildə “Azərsu” ASC istehlakçılara su və kanalizasiya xidmətlərinin göstərilməsindən ümumilikdə 190 milyon 669,2 min manat gəlir əldə edib.
Hesabat dövründə “Azərsu” ASC-nin Bakı şəhərində kanalizasiya xidmətlərinin göstərilməsindən gəlirləri 8,9% - 38 milyon 426,6 min manata, o cümlədən əhaliyə sözügedən xidmətlərin göstərilməsindən gəlirləri 10 milyon 987,3 min manata qədər (artım 10,5%) azalıb. Ötən il paytaxtın kanalizasiya sisteminin istismar xərcləri 54 milyon 24,8 min manat (artım 17,9%) təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət