Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2020-ci ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə təxminən 142 milyon manat sərf edib.
“Bu layihə çərçivəsində tikinti işlərinə 2018-ci ildə başlanılıb. 2020-ci ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinə 141,6 milyon manat (cari məzənnə ilə $83,3 milyon) sərf olunub”, - deyə hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Avtomobil yolunun tikintisi layihəsinin (layihə çərçivəsində zəruri yol infrastrukturu, digər tədbirlər də daxil olmaqla) dəyəri 1,2 milyard manat ($705,9 milyon) məbləğində qiymətləndirilir.
“1 yanvar 2021-ci il tarixinə olan vəziyyətə görə, layihə çərçivəsində bu məbləğin 46,2%-i və ya 554,11 milyon manatı ($325,9 milyon) sərf edilib”, - deyə hökumətdən bildiriblər.
Yeni yol H.Z.Tağıyev qəsəbəsindən Rusiya ilə sərhədə qədər çəkilir və mövcud Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna alternativ olacaq.
Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Bu yol “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yolunun tikintisini 2022-ci ilədək başa çatdırmağı nəzərdə tutur.
Bu yolun inşası beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji önəm daşıyan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Yolun inşası Azərbaycanın layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinə xidmət edəcək.
Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət