“Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azəralüminium” SC və Almaniyanın «Achenbach Buschhutten» şirkəti Gəncədə birgə alüminium müəssisəsi yaradacaq.
“ASK, “Azəralüminium” və «Achenbach Buschhutten» Azərbaycanda açüminium sənayesinin inkişafı və dünya bazarında onun rəqabət qabiliyyətinin artırılması məqsədilə birgə müəssisə yaratmağı planlaşdırır. Birgə müəssisənin yaradılmasına dair ilkin saziş artıq imzalanıb. Yeni infrastrukturun Gəncədə yerləşdirilməsi planlaşdırılır”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Zavodun istehsal gücü illik 105 min ton prokat təşkil edəcək, hansı ki, avtomobil, gəmiqayırma, telekommunikasiya və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə satılacaq.
“Bu layihənin reallaşdırılması Azərbaycanda alüminium istehsalını genişləndirməyə, qabaqcıl və innovativ texnologiyaların tətbiqi ilə açüminium məmulatların buraxılmasını təşkil etməyə və satış imkanlarını şaxələndirməyə imkan yaradacaq”, - hökumətdən bildiriblər.
«Achenbach Buschhutten» şirkəti əlvan metal prokatı və alüminium ərintilərinin istehsalı üzrə mürəkkəb zavodların tikintisi və modernizasiyasında böyük təcrübəyə malikdir. Şirkət bu sahədə avadanlığın istehsalında ixtisaslaşır və dünya avtomobil sənayesində aparıcı şirkətlərlə əməkdaşlıq edir.
“Azəralüminium” SC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansındadır. “Azəralüminium” SC Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin müəssisələrini özündə birləşdirməklə boksit filizindən alüminium-oksid, ilkin alüminium külçə və s. istehsal edir.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət