“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansında olan “Azəralüminium” SC Gəncə Gil-torpaq zavodunun fəaliyyətini bərpa etməyi planlaşdırır.
“Zavodun bərpa işləri üç mərhələdə planlaşdırılır”, - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Hazırda layihənin reallaşdırılması məqsədilə araşdırma investisiyaların cəlb olunması işləri aparılır. Gəncə Gil-torpaq zavodunun fəaliyyətinin bərpasının effektivliyinin qiymətləndirilməsi və nüfuzlu dünya maliyyə təsisatları tərəfindən maliyyələşmənin təmin edilməsi məqsədilə texniki-iqtisadi əsaslanmanın hazırlanması qərara alınıb. Bu işlər üçün Deloitte & Touche auditor şirkəti cəlb olunub.
Layihənin tam reallaşdırılması halında müəssisə illik 400 mindən artıq gil-torpaq istehsal edə biləcək. İstehsal olunan gil-torpaqğın bir hissəsiASK, “Azəralüminium” və Almaniyanın Achenbach Buschhttten şirkəti tərəfindən yaradılacaq alüminum istehsalı üzrə birgə müəssisəyə xammal qismində veriləcək, digər hissəsi şəxsi istehsal üçün “Azəralüminium”a veriləcək, qalan hissə isə xarici bazarlarda realizə olunacaq.
1930-1931 -ci ildə Gəncə şəhərində illik 500 ton istehsal gücünə malik olan təcrübi giltorpaq zavodunun layihəsi həyata küçirilib və 1931-ci ilin sonunda Alüminium birliyi tərəfindən təsdiq olunmuşdur. 1933-cü ildə Gəncə təcrübi giltorpaq zavodu istismara verilmişdir.
Gəncə gil-torpaq zavodunun tikintisi 1955-ci ildə başlamışdır. 1966-1997-ci illərdə zavodda Daşkəsən Zəylik yataqlarından əldə olunan alunitdən, gil-torpağın istehsalı həyata-keçirilirdi. Göstərilən müddət ərzində 18,4 mln ton alunit filizinin emalı nəticəsində, 2,1 mln. ton gil-torpaq, 0,8 mln. ton gübrə və 4,5 mln. ton sulfat turşusu istehsal olunmuşdur.
“Azəralüminium” SC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansındadır. “Azəralüminium” SC Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin müəssisələrini özündə birləşdirməklə boksit filizindən alüminium-oksid, ilkin alüminium külçə və s. istehsal edir.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət