2020-ci ilin yekunları üzrə “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-nin xalis mənfəəti 1 milyon 331,809 min manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 2,9 dəfə çoxdur.
Şirkətin auditi aparılmış maliyyə hesabatına əsasən, 2020-ci ildə onun gəlirləri 2 milyon 403,918 min manat (artım 35,6%), o cümlədən maliyyə məsləhətləri xidmətlərindən gəlirləri 519,513 min manat (artım 50,2%), anderraytinq xidmətlərindən gəlirləri 818 min manat (artım 22,2%) təşkil edib.
2020-ci ildə “PSG-Kapital”ın əməliyyat mənfəəti 1 milyon 518,765 min manat (artım 2,5 dəfə), faiz gəlirləri 878,927 min manat, sair gəlirləri 152,189 min manat məbləğində olub. Nəticədə hesabat ilində şirkətin vergi ödənilənədək mənfəəti 1 milyon 667,345 min manat (artım 2,9 dəfə) təşkil edib.
2020-ci ildə “PSG-Kapital” 335,536 min manat mənfəət vergisi ödəyib (artım 2,8 dəfə).
Ötən ilin yekunları üzrə “PSG-Kapital”ın aktivləri 15,2% - 24 milyon 392,6 min manatadək artıb, öhdəlikləri 11,1% - 16 milyon 246,808 min manatadək azalıb, kapitalı 2,8 dəfə - 8 milyon 145,452 min manatadək, nizamnamə kapitalı 3,13 dəfə - 6 milyon 250 min manatadək, bölüşdürülməmiş mənfəəti 2,2 dəfə - 1 milyon 889,221 min manatadək artıb.
“PSG-Kapital” şirkəti 2012-ci ildən Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarı 1 fiziki şəxsdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət