Bu gün səhər saatlarında etnik azərbaycanlılarla gürcülər arasında toqquşmanın baş vediyi Gürcüstanın Dmanisi şəhərində (Kvemo-Kartli diyarı) vəziyyət hökumət və din nümayəndələrinin müdaxiləsindən sonra yoluna düşüb. Bu barədə Gürcüstan mətbuatı xəbər verir.
Parlament çoxluğunun liderlərindən biri Sozar Subari, Şərqi Gürcüstan müftisi Etibar Eminov və Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Caqmaidze yerli sakinlərlə görüşüblər.
Andria Caqmaidze jurnalistlərə bildirib ki, vəziyyət çox gərgin olsa da, yerli sakinlər yüksək məsuliyyət nümayiş etdirərək münaqişənin daha geniş miqyas almaması üçün barışığa gediblər.
“Sülh hər kəs üçün faydalıdır və hamı buna yönəldilmişdi. Ümid edirəm ki, gərginlik təhlükəsi yoxdur”, - deyə o qeyd edib.
Şərqi Gürcüstan müftisi Etibar Eminov bildirib ki, görüş tərəflərin barışığı ilə başa çatıb.
Xəbər verildiyi kimi, bazar günü Dmanisi şəhərində yerli sakinlər - etnik gürcülərlə azərbaycanlılar arasında kütləvi dava baş verib. Davada onlarla şəxs iştirak edib. Bazar ertəsi vəziyyət yenidən gərginləşib.
Gürcüstan Daxili İşlər Nazirliyi Dmanisi sakinlərini məişət zəminində baş vermiş münaqişəni etnik qarşıdurmaya çevirməməyə çağırıb.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə birgə Dmanisiyə gələn daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə bildirib ki, hazırda baş vermiş toqquşmalarla bağlı heç kəs saxlanılmayıb.
Onun sözlərinə görə, polis münaqişə iştirakçılarını dindirir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət