2021-ci il yanvarın 1-nə Sahibkarlığın İnkişafı Fondunun aktivləri 868,137 milyon manat təşkil edib, bu da 2020-ci ilin əvvəlinə olan göstəricidən 1,9% çoxdur.
Bu barədə SİF-in 2020-ci il ərzində audit olunmuş illik hesabatıbda məlumat verilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Hesabata əsasən, 2021-ci ilin əvvəlinə Fond tərəfindən kredit təşkilatlarına ayrılan kredit vəsaitinin həcmi 735,813 milyon manat təşkil edir və 2020-ci il ərzində 6,7% azalıb.
2021-ci il yanvarın 1-nə SİF-in hesablarında mövcud pul vəsatinin həcmi 95,453 milyon manat təşkil edir (artım 69,4%).
2021-ci ilin əvvəlinə Fondun öhdəlikləri 45,93 min manat təşkil edir.
2021-ci ilin əvvəlinə Fondun kapitalı 818,607 milyon manatdır (azalma 3,9%).
2020-ci ildə Azərbaycanın dövlət büdcəsindən Fondun hesabına 4,769 milyon manat vəsait daxil olub (azalma 21,8%).
2020-ci ildə SİF-in əməliyyat gəliri 15,6% - 10,106 milyon manatadək artıb.
Eyni zamanda, 2020-ci il ərzində qiymətdən düşmə zamanı zərər 37,102 milyon manat təşkil edib (artım 30,8%).
Nəticədə, 2020-ci ilin yekunları üzrə SİF-in xalis zərəri 32,229 milyon manat təşkil edib (artım 13,8 dəfə).
Xəbər verildiyi kimi, 1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət