Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanın yeni avtomobil yolu layihəsinə $65 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu barədə bankın məlumatında deyilir.
“Kredit “Regional bağlantı və inkişaf” adlı layihənin maliyyələşdirilməsinə yönəldilib. Layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısını təmin edəcək və əhalinin bazara çıxışını yaxşılaşdıracaq. Bu marşrut boyunca yaşayan təqribən 250 min insan təkmilləşdirilmiş yol infrastrukturundan, iqtisadi imkanlardan və əsas xidmət obyektlərinin xidmətlərindən asanlıqla istifadə etmək imkanı əldə edəcək”, - deyə məlumatda bildirilir.
Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulması layihəsinin ümumi dəyəri $95,88 milyon təşkil edir.
Layihənin dəyərinin qalan hissəsi Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.
Layihə çərçivəsində üç əsas istiqamət maliyyələşdiriləcək. Birincisi, yollara və yardımçı kənd təsərrüfatı və logistika infrastrukturuna investisiya qoyuluşları modernləşdirilmiş yolların sosial-iqtisadi inkişafa təsirinin maksimum dərəcədə artırılması məqsədilə bazarın əlçatan olmasına kömək edəcək.
İkincisi, layihə yol şəbəkəsinin idarə edilməsi sistemlərinin hazırlanmasına texniki yardımın göstərilməsi və istifadəçilərdən rüsumun tutulması variantlarının öyrənilməsi və s. vasitəsilə yol sektorunda səmərəliliyi və maliyyə dayanıqlığını dəstəkləyəcək.
Üçüncüsü, layihə yolüstü logistikanın və bazar obyektlərinin layihələndirilməsini və təşkilini, eləcə də yerli cəmiyyətlər üçün gəlir əldə etmək imkanlarının yaxşılaşdırılması məqsədilə yerli sahibkarlara təlimlərin keçirilməsini dəstəkləyəcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $4,4 milyard məbləğində kredit ayırıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət