2021-ci il iyulun 30-da “Holcim Azerbaijan” ASC-nin səhmdarları illik ümumi yığıncaqda 2020-ci ilin maliyyə nəticələrini müzakirə edəcəklər. Bu barədə «İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
“Yığıncaqda səhmdarlar həmçinin 2019-cu və 2020-ci illərin maliyyə hesabatını təsdiqləməli və qeyd olunan illərin nəticələri üzrə dividendlərin bölüşdürülməsi məsələsinə baxmalı, Müşahidə Şurasına üzvləri və Müşahidə Şurasının sədrini və Təftiş Komissiyasına üzvləri təyin etməlidirlər”, - şirkətdən qeyd olunub.
Bundan başqa, yığıncaqda şirkətin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi, “Holcim Azerbaijan” ilə “Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin təsdiq edilməsi, “Holcim Azerbaijan” və “Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi planlaşdırılır.
O cümlədən, yığıncaqda səhmdarlar “Holcim Azerbaijan” və “Holcim Auslandbeteiligungs GMBH” arasında borc müqavilələrinin təsdiq etməli və bu müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”-nin “LafargeHolcim International Finance” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verməlidirlər.
“Holcim Azerbaijan” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçılarından biridir. Müəssisənin əsas səhmdarı "LafargeHolcim”dir (66%).**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət