Fintex xidmət platforması (Fintech as a Service-FaaS) təqdim edən Türkiyənin “Birleşik Ödeme” şirkəti (United Payment) Azərbaycanda nümayəndəlik açıb.
“Qarşıdakı 3 il ərzində 8 ölkədə fəaliyyətə başlayaraq 3-cü ilin sonunda 35 milyon istifadəçi və 1 milyard dollarlıq tranzaksiya həcminə çatmağı hədəfləyən “Birleşik Ödeme” şirkəti ilk addım olaraq Azərbaycanda ofis açıb. Şirkət Türkiyə-Azərbaycan münasibətlərinə töhfə verməyi və ölkələr arasında iş birliyini gücləndirməyi hədəfləyir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi şirkətin məlumatına istinadən xəbər verir.
Şirkətin Azərbaycandakı regional meneceri Edqar Abdullayev təyin edilib. E.Abdullayev daha öncə “PAŞA Bank”, “Azerconnect LLC” və “Azercell” kimi şirkətlərdə menecer olub.
“15 illik idarəçilik təcrübəsinə malik olan Edqar Abdullayevin rəhbərliyi altında “Birleşik Ödeme” şirkətinin qarşıdakı 2 il içərisində Azərbaycanın öndə gələn fintech şirkətlərindən olması hədəflənir”, - deyə məlumatda qeyd olunur.
Hazırda şirkət TransferWise, TransferGo ve Remitly kimi şirkətlərin Türkiyədəki ortağı olaraq Türkiyə üzərindən pul köçürmələri üçün infrastruktur təqdim edir.
“Birleşik Ödeme” şirkəti daxili və beynəlxalq pul köçürmələri ilə yanaşı, 5 əsas istiqamətdə həllər təklif edir: rəqəmsal pulqabı, elektron pul, virtual və ya fiziki ön ödəməli kart, online/offline inkasso və kiosk/ağıllı kassa həlləri.
“Birleşik Ödeme” 11 illik iş təcrübəsini bölgəyə yaymağı və insan resursları və texnologiyaya yatırımlarını sürətli bir şəkildə artırmağı planlaşdırır. Şirkətin müəyyən etdiyi beynəlxalq yol xəritəsində Şərqi Avropa, MDB, Körfəz və Şimali Afrika ölkələri yer alır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət