“AzerGold” QSC “Çovdar” yatağının yeraltı (sulfid) mərhələsi ilə əlaqədar mühəndislik, təchizat və tikinti işlərinin idarə edilməsi üçün layihə idarəetmə üzrə məsləhət və nəzarət xidmətləri təklif edən şirkət seçir.
Seçim təkliflər sorğusu üsulu ilə həyata keçirilir.
Təkliflər 7 iyun saat 15:00-a qədər qəbul olunur.
Xəbər verildiyi kimi, “Çovdar” yatağının işlənməsinin sulfid mərhələsi 2024-2032-ci illəri əhatə edir. Bu mərhələdə hasilat üçün proqnozlaşdırılan qızıl ehtiyatları 320 min unsiya qızıl ekvivalenti həcmində qiymətləndirilir.
Çovdar yatağının işlənməsinin oksid (yerüstü) mərhələsi 2012-ci ildə başlanıb və 2021-ci ilədək davam edəcək. Bu mərhələ çərçivəsində ümumilikdə 233 min unsiya qızıl və 349,5 min unsiya gümüş hasil olunub, onların bəzilərinin reallaşdırlmasından gəlir $285 milyon həcmində qiymətləndirilir.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət