Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) ikinci dəfə dövlətlərarası şikayət göndərib. Bu barədə Məhkəmə yanında Azərbaycanın nümayəndəliyi məlumat verib.
Azərbaycan hökuməti hesab edir ki, bu müraciət Ermənistana qarşı ikinci dövlətlərarası şikayət olmaqla bu ölkəyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq.
“Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Qarabağda bütün hərbi əməliyyatlara son qoymuş 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatın imzalandığı vaxtdan etibarən Bakı dəfələrlə İrəvandan minalanmış ərazilərin xəritələrini verməyi tələb edib”, - nümayəndəlikdən qeyd ediblər.
Azərbaycanın İHAM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məsələ ilə bağlı deyib: “Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinasının heç bir strateji, hüquqi və ya mənəvi əsasları yoxdur və yeganə məqsəd bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etməkdir. Həmçinin, Ermənistanın hərəkətləri azad olunmuş torpaqlarda yaşayan ermənilərin həyatını təhlükə altına qoyur. Biz bir daha Ermənistandan minalanmış ərazilərin xəritələrini və digər müvafiq məlumatları təqdim etməklə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edirik. Ermənistanın bu vəziyyəti davam etdirməsi nəzərə alınaraq Avropa Məhkəməsini müdaxilə etməyə çağırırıq”.
Bakıda hesab edirlər ki, bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinası Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.
“Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular Birgə Bəyanat imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub. Birgə Bəyanat imzalandıqdan sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir», - nümayəndəlikdən vurğulanır.
Xəbər verildiyi kimi, minalanmış sahələr azad olunmuş ərazilərdə əsas problemlərdən biridir. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağın işğalı dövründə Ermənistan tərəfi bu əraziləri minalayıb və müharibə bitdikdən sonra İrəvan indiyədək mina xəritələrini Bakıya təqdim etməyib.
Öncə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib ki, 2020-ci il noyabrın 10-dan etibarən Qarabağda mina partlaması nəticəsində Azərbaycanın 22 mülki vətəndaşı və hərbi qulluqçu həlak olub, 100-dən artıq şəxs xəsarət alıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət