Rəsmi Bakı ticarət dövriyyəsinin artırılması məqsədilə Roma ilə ikitərəfli ticarət münasibətlərini genişləndirmək niyyətindədir. Bunu prezient İlham Əliyev deyib.
“Əlbəttə ki, biz enerji əməkdaşlığından başladıq, Azərbaycan neftinin təchizatı İtaliyanı bizim ən böyük ticarət tərəfdaşımız edir. Lakin mən ümid edirəm ki, ticarət dövriyyəmizi artırmaq üçün biz başqa sahələri də tapa biləcəyik”, - Əliyev şənbə günü İtaliyanın Bakıda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbuledərkən bildirib.
Həmçinin, prezident qeyd edib ki, güclü siyasi əlaqələr ikitərəfli münasibətlərin inkişafının təməlidir.
“(...) açıq-aydındır ki, güclü siyasi əlaqələr olmasa, biz müxtəlif sahələrdə artıq belə bir böyük tərəqqiyə nail ola bilməzdik. Beləliklə, siyasi dialoq və güclü siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın təməlini qoyur və bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önəmli layihələri həyata keçirir. Bunlar dəyəri milyardlarla dollar olan böyük həcmli layihələrdir. Gələcəkdə də daha çox fürsət olacaq”, - Əliyev qeyd edib.
Bundan başqa, prezdent bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təbii qazının İtaliya bazarına çıxarılması məsələsində tarixi əhəmiyyət kəsb edir.
“İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir, neftimiz üçün əsas bazardır. Bunlar bizim ikitərəfli əməkdaşlığımızda həqiqətən də mühüm nailiyyətlərdir və Cənub Qaz Dəhlizi həqiqətən də tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürəkkəbliyə malik olan layihədir”, - Əliyev deyib.
Eyni zamanda, Əliyev Qarabağda işğaldan azad olunan ərazilərin bərpası məsələsində İtaliya şirkətlərinin rolunu qeyd edib.
“İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır. Siz bilirsiniz ki, layihələr - Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var. Enerji sektorunda, elektrik enerjisi istehsalında artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz, sadəcə, kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq”, - dövlət başçısı vurğulayıb.
Öz növbəsində, səfir bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var. Taffuri vurğulayıb ki, İtaliya Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yaxından cəlb olunub və bu fəaliyyət bundan sonra da fəal surətdə davam edəcək. **
X.Nəsirzadə
27-28 noyabr tarixlərində “MuğanBank”ın əmanətçilərinə 100 milyon manat kompensasiya ödənilib
2020-ci ildən TAP vasitəsilə Aİ ölkələrinə 30 milyard kubmetrdən çox Azərbaycan qazı nəql olunub
LDU 5 mərtəbəli laboratoriya binası inşa etməyi planlaşdırır
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
“Azərsu” İsmayıllıda bir neçə kəndin su təchizatının yaxşılaşdırılması üçün podratçı seçir
Blinken Qəzzada humanitar fasilənin uzadılmasını müzakirə edəcəyini vəd edir
London və İrəvan arasında 2025-c ilədək müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb
Klaar Türkiyədə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və NEQSOL Holding Anlaşma Memorandumu imzalayıb
Yelo Bank-ın “Yelaw Boot Camp” proqramının iştirakçıları seçildi
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək