2021-ci ilin birinci rübündə Azərbaycanda sığortaçılar 612,923 min sığorta müqaviləsi bağlayıblar ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 25,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a sığorta bazarındakı mənbə məlumat verib.
Sığorta müqavilələrinin böyük hissəsi icbari sığorta növləri üzrə bağlanıb, ümumi portfelin 59,4%-i və ya 1 milyon 364,227 min müqavilə onların payına düşüb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə azalma 28,1% təşkil edib.
Eyni zamanda, icbari sığorta növləri üzrə ən çox müqavilə (294,634 min) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə bağlanıb.
Hesabat dövründə könüllü sığorta növləri üzrə müqavilələrin sayı 21,3% - 248,696 minə qədər azalıb. Eyni zamanda, həyat sığortası üzrə 180,395 min müqavilə (azalma 4,2%), qeyri-həyat sığortası üzrə 68,301 min müqavilə (azalma 46,3%) bağlanıb. Ən çox müqavilə (39,146 min) əmlak sığortası üzrə bağlanlıb.
Yanvar-mart aylarının yekunları üzrə Azərbaycanda sığortaçıların və təkrarsığortaçıların ümumi sığorta haqları 248 milyon 988,7 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3,4% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığorta haqları 155 milyon 648 min manat (azalma 3%) və ya bazar üzrə bütün haqların 62,5%-ni təşkil edib. Eyni zamanda, həyat sığortası üzrə sığorta haqları 53 milyon 901,8 min manat (azalma 4,5%), qeyri-həyat sığortası üzrə 101 milyon 746,2 min manat (azalma 2,2%) təşkil edib.
Hesabat dövründə icbari sığorta növləri üzrə sığorta haqları 93 milyon 340,7 min manat (artım 16,3%) təşkil edib.
Hesabat dövründə sığortaçılar və təkrarsığortaçıların fiziki şəxslərlə bağlanmış müqavilələr üzrə ümumi sığorta haqları 13,8% - 42,278 milyon manatadək və ya bütün sığorta haqlarının 17%-i səviyyəsində azalıb. Fiziki şəxslərin könüllü sığorta və təkrarsığorta növləri üzrə sığorta haqları 22 milyon 77,9 min manat (azalma 7,3% - İF) təşkil edib. Bundan başqa, fiziki şəxslərin həyat sığortası və təkrarsığorta üzrə sığorta haqları 16 milyon 331,6 manat (azalma 6,9%), qeyri-həyat sığortası üzrə 5 milyon 746,3 min manat (azalma 8,5%) təşkil edib.
Birinci rübdə fiziki şəxslərlə icbari sığorta və təkrarsığorta növləri üzrə bağlanmış müqavilələr çərçivəsində sığorta haqları 20 milyon 200,1 min manat (azalma 19,9%) təşkil edib.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət