Azərbaycan və Qırğızıstan ticarət dövriyyəsinin artırılması üçün iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edir. Bunu Azərbaycanın Bişkekdəki səfiri Hidayət Orucov deyib.
“Çox təəssüf ki, biz ticari-iqtisadi münasibətlərimizin zəngin potensialından istifadə etmirik. İl yarım bundan əvvəl Bişkekdə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclası keçirilib. Həmin görüşdə hansı sahələrdə hansı layihələrin həyata keçiriləcəyi konkretləşdirilmişdi. Bu layihələr iqtisadiyyatın və sosial həyatın bir çox sahələrini əhatə edirdi”, - deyə Orucov “Veçerniy Bişkek” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəflər ötən ilin iyun ayında biznes-forum keçirməyi planlaşdırmışdı, azərbaycanlı iş adamları Bişkekə gəlməyə hazır idilər.
“Qarşılıqlı faydalı təkliflər və layihələr var idi. Xüsusilə Bişkekdə Azərbaycanın Ticarət Mərkəzinin, Bakıda isə Qırğızıstan Ticarət Mərkəzinin açılması planlaşdırılırdı. Lakin pandemiya səbəbindən layihələr və planlar təxirə salındı”, - deyə o qeyd edib.
Orucov biznes-forumun onlayn rejimdə keçirilmə ehtimalının olduğunu vurğulayıb.
“Dövlətlərimizin iqtisadi potensialından istifadə etmək lazımdır. Bu potensial var və çox böyük perspektivlərə malikdir. Bir neçə il bundan əvvəl ölkələrimiz bu əməkdaşlığı ciddi şəkildə inkişaf etdirməyə başladı və ticarətin həcmi (xüsusilə kənd təsərrüfatı və digər məhsullarla bağlı) artdı. Lakin pandemiya ilə əlaqədar yenidən azalma baş verdi. İndi müxtəlif məhsulların qarşılıqlı ixracının artırılması məsələsi həll edilir, hər iki tərəfdən əməkdaşlığa maraq var”, - deyə səfir vurğulayıb.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət