“SOCAR Türkiyə”-nin törəmə şirkətləri “Kayserigaz” və “Bursagaz” müştərək bir tədqiqat və inkişaf layihəsinə start verib. Etibarlı, ətraf mühitə ziyan vurmayan və iqtisadi cəhətdən səmərəli, təbii qaz xidmətlərini ən yüksək və keyfiyyətli səviyyədə həyata keçirmək məqsədilə “3D Çap Texnologiyaları ilə Təbii Qaz Paylanmasında İstifadə Olunacaq Avadanlıqların İstehsalının Tədqiqatı Layihəsi”ni reallaşdırıb. Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) təsdiqi ilə başlayan işlər çərçivəsində təbii qaz paylanmasında istifadə olunan avadanlıq və hissələrin 3D çap texnologiyası ilə istehsalı üçün proqram təminatının işlənib hazırlanması planlaşdırılır.
“SOCAR Türkiyə” Təbii Qaz Bölümünün Tarif, İnvestisiya və Səhmdar Münasibətləri üzrə direktoru Ertan Yıldız təbii qaz paylayan şirkətlərin inventarındakı bütün hissələrin üçölçülü çap texnologiyası ilə proqramlaşdırılaraq istehsalını nəzərdə tutan bu layihənin əhəmiyyətli üstünlüklər yaradacağını bildirərək demişdir: “Yeni paylayıcı şəbəkələrin yaradılması və ya mövcud şəbəkələrin yenidən qurulması zamanı çoxlu material istifadə olunur. Bu materialların təchizatında və daşınmasında bəzən problemlər meydana çıxır. Bəzi avadanlıqların xərci çox olur. 3D çap texnologiyası ilə alternativ
istehsala başlayaraq daha az məsrəfli, daha sürətli və anbarlara ehtiyac olmadan material təchizatı mümkün olacaq. Şirkətlərin xərcləri azalacaq, yeni şəbəkərlərin yaradılması və mövcud olanların yenidən qurulması müddəti qısalacaq.
3D alternativ çap texnologiyalarından biridir. Bu texnologiya vasitəsi ilə kompyuterdən rəqəmsal olaraq alınan məlumatlar əsasında üçölçülü əşyalar istehsal olunur. Burada material seçimi çoxçeşidli və zəngindir: plastik, metal, keramik, biomateriallardan istifadə olunur. Bundan başqa, fərqli çap proseslərinə malik müxtəlif 3D printerlər mövcuddur. Bu baxımdan stereolitoqrafik, DLP, püskürtmə/FDM, SDL, EBM çap texnologiyalarını göstərə bilərik. Hətta bu texnologiyalardan istifadə etməklə insanlar ev-məişət əşyalarını və onların ehtiyat hissələrini belə yarada bilərlər. Biz də
ehtiyacımız olan hissələri 3D çap texnologiyası vasitəsilə istehsal etməyi planlaşdırırıq.”
Hazırda 3D çap texnologiyası ilə avadanlıq istehsalını ətraflı təhlil etdiklərini bildirən Yıldız istehsal olunacaq hissələrin xərcinin infrastruktur qurulması və ya xidmət alınması vasitəsilə müəyyən ediləcəyini qeyd etmişdir. Onun dediyinə görə, tədqiqatların sonunda əldə edilən nəticələrə görə çox meyarlı qərarvermə modellərinin istifadə olunduğu, bulud əsaslı hissə təchizatı üçün tövsiyə və informasiya sistemi proqramları təkmilləşdiriləcək, son mərhələdə isə təkmilləşmiş proqram təminatı ilə istehsala başlanılacaq.
Tədqiqat işlərinə tam sürətlə davam edən Kayserigaz-ın işləyib hazırladığı və EPDK tərəfindən təsdiqlənmiş iki fərqli tədqiqat layihəsi də uğurla tamamlanaraq tətbiqə verildi. Təbii qaz sayğaclarının avtomatik oxunması layihəsi artıq reallaşdırılmağa başlandı. “Robot Tədqiqatı və İnkişafı Layihəsi” Açıq / Public çərçivəsində isə quruma daxil olan informasiya sorğularına robot vasitəsilə cavab verilməsi üçün yeni bir sistem yaradıldı. Bursagaz ilə birgə hazırlanan bu sistem hər iki şirkətdə istifadə olunur.
Bursagaz-ın 2019-cu ildə EPDK tərəfindən təsdiqlənən iki fərqli Tədqiqat layihəsi də sona çatmaq üzrədir. Paylayıcı şəbəkələrin istehsal proseslərində daha etibarlı və səmərəli işləməsinə imkan yaradacaq “Kompozit Layihəsi” çərçivəsində polad boruya alternativ olaraq kompozit boru istehsal olunur. Daha davamlı və çevik olan bu borunun istehsalı texniki standartlaşma sınaqlarından sonra tamamlanacaq. Fiziki çatışmazlıqların və çətin şəraitin olduğu hallarda qazın uzaqdan idarə ilə kəsilməsini hədəfləyən “Uzaqdan Qaz Kəsmə Layihəsi” isə pilot tədbirlərin ardınca tətbiqə veriləcək.
Ötən il EPDK-un təsdiqini alan “İkitərəfli Xidmət T Layihəsi” və “Ağıllı Daxili Təsisat Layihəsi” üçün çalışmalar isə davam edir. “İkitərəfli Xidmət T Layihəsi”ndə ikitərəfli xidmət bağlantısının işlənib hazırlanmasında məqsəd şəbəkənin ana xəttində daha az ara vasitənin istifadə olunması, bununla da sızma riskinin azaldılmasıdır. “Ağıllı Daxili Təsisat Layihəsi”ndə isə məqsəd ictimai qurumların qaz təhvili stansiyalarında SCADA sistemindən istifadə etməklə təcili hallarda, yanğın, qaz sızmaları və buna oxşar hadisələr zamanı uzaqdan və ya avtomatik şəkildə qaz təchizatının kəsilərək etibarlı və davamlı qaz təchizatının təmin olunmasıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət