Azərbaycan 2021-ci ilin II rübündə OPEC+ sövdələşməsi çərçivəsində neft hasilatı üzrə öhdəliyini 101% yerinə yetirib.
“İnterfaks-Azərbaycan” agentliyinin Energetika Nazirliyinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-iyun aylarında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 717,5 min barel (I rübdə 742,6 min barel, II rübdə 692,4 min barel) olub.
Bununla yanaşı, I yarımillikdə orta sutkalıq neft hasilatı 594,7 min barel (I rübdə 592,7 min barel, II rübdə 596,7 min barel) təşkil edib. İkinci rübdə Azərbaycan OPEC+ çərçivəsində hasilatın azaldılması üzrə öhdəliyini 101% (birinci rübdə 100,4%) yerinə yetirib.
OPEC+ sövdələşməsində nəzərə alınmayan orta sutkalıq kondensat hasilatı 2021-ci ilin yanvar-iyun aylarında 122,8 min barel (birinci rübdə 149,9 min barel, ikinci rübdə 95,7 min barel) təşkil edib.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan neft hasilatını (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr göstəricisindən (718 min bareldən) azaltmağı öhdəsinə götürüb.
Razılaşmaya əsasən, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda gündəlik neft hasilatı 595 min barel səviyyəsində saxlanılmalı idi. Xam neft istehsalı mayda 603 min barel, iyunda 610 min barel təşkil edib, iyulda isə 620 min barel həcmində olmalıdır.*
N.Abbasova, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət