Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavinləri Rəşad Mafusov və Balarəhim Quliyev Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri ilə onlayn görüş keçiriblər. Bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət və AQTA arasında “Pestisidlər və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında” Saziş layihəsini müzakirə ediblər.
“Rosselxoznadzor” azərbaycanlı həmkarlarından kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi zamanı istifadə olunan kimyəvi maddələr haqqında məlumat istəyib. Federal Xidməti, ilk növbədə, pomidor, alma və kartof tədarükçüləri haqqında məlumatlar maraqlandırır. AQTA-dan bildiriblər ki, sözügedən məlumatlar hazırlanır, həmçinin respublikaya məhsul göndərən Rusiya müəssisələri ilə bağlı analoji məlumatların təqdim edilməsi üçün rəsmi sorğu ünvanlanacaq”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, tərəflər qarşılıqlı tədarük zamanı malların pestisidlərin və aqrokimyəvi maddələrin mövcud olub-olmaması ilə bağlı aparılmış araşdırmalar barədə məlumatın öz əksini tapdığı xüsusi sənədlə müşayiət olunması mümkünlüyünü müzakirə ediblər.
“Qeyd olunan sənədin formasını razılaşdırmaq üçün bu məsələnin əlavə olaraq müzakirəsinin davam etdirilməsi barədə razılıq əldə olunub”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət