“AzerGold” QSC Daşkəsən rayonunda (Azərbaycanın qərbi - İF) “Mərəh” yeni qızıl yatağını istifadəyə verib. Bu barədə “İnterfaks-Azərbaycan“a QSC-dən məlumat verilib.
İstifadəyə verilmə məarasimi cümə axşamı baş tutub. Mərasimdə Azərbaycan prezdrenti İlham Əliyev iştirak edib. Prezident “Mərəh” yatağında dağ süxurlarının ilk partlamasını izləyib.
“Çovdar” yatağından şimalda yerləşən “Mərəh” yatağı 2018-ci ildə kəşf olunub. Bu, “AzərGold” tərəfindən istifadəyə verilən üçüncü qızıl yatağıdır. Bu layihənin reallaşdırılmasının müddəti 2 ildir”, - QSC-dən məlumat veriblər.
Həmçinin, şirkətdən məlumat veriblər ki, cari ildən etibarən bir sıra filiz yataqlarının istifadəyə verilməsi planlaşdırılır.
“AzerGold”un məlumatına görə, 2016-cı ildə “Çovdar” yatağının işlənməsinə başlanandan, bu yataqdan 259 min unsiya qızıl hasil olunub, yaxın illərdə əlavə 338 min unsiya qızıl hasilatı planlaşdırılır.
Hazırda “AzerGold” qızıl və gümüş hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından və Daşkəsən rayonunda “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən) həyata keçirir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət