Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2021-ci ilin ilk yarısının maliyyə göstəricilərini elan edib.
Göstəricilər ilə tanış olmaq üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/
İkinci rübün sonuna Bankın aktivləri 886 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 milyon çoxdur.
Eyni tarixə Bankın xalis kredit portfeli 501,3 milyon manat olub. Kreditlər üzrə mümkün zərərləri ödəmək üçün rezevləri çıxmaq şərtilə Bankın ümumi portfeli 545,6 milyon manat olub. Bankın balansındakı kredit portfelinin payı 59%-dən 62%-ə qalxıb.
2021-ci ildə “AccessBank” 272 milyon manat məbləğində kredit verib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 113,6 milyon çoxdur.
Kredit portfelinin artımı 2020-ci ilin sonu ilə müqayisədə 43 milyon manat təşkil edib.
Verilən aylıq kreditlərin 53%-dən çoxu bölgə filiallarının payına düşüb. Ümumi mikrokreditlərin 37%-i isə kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.
İyun ayının sonuna Bankın əmanət portfeli 626 milyon manat təşkil edib. Bu isə 2020-ci ilin sonu ilə müqayisədə 67.6 milyon manat çoxdur.
2021-ci ilin birinci yarısında Bankın xalis faiz gəlirləri 25.2 milyon manata bərabər olub. Bu da ötən yarım illə müqayisədə 3 milyon çoxdur.
Hazırda Bankın cəmi balans kapitalı 76.2 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 26.2 manat artıqdır.
2021-ci ilin iyun ayının sonuna Bankın ani likvidlik əmsalı 75.2% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət