BP şirkəti (AÇG blokunun işlənməsi üzrə operator) Xəzər dənizində obyektlərdə üçölçülü vizuallaşdırma texnologiyasının tətbiqinə başlayıb.
“BP şirkəti “Şərqi Azəri” və “Qərbi Çıraq” platformalarında 3D vizuallaşdırma texnologiyasının tətbiqinə başlayıb. Bununla şirkət regionda əməliyyatçısı olduğu bütün obyektlərin rəqəmsal modelləşdirilməsinin birinci mərhələsinə start verib. Bu yeni texnologiya ölçmə qabiliyyətinə malik yüksək dəqiqlikli təsvirlərdən uzaq məsafədən istifadə etməklə təftiş, planlaşdırma və yoxlama kimi bir sıra mühüm fəaliyyətləri yerinə yetirməyə imkan verir”, - BP-Azerbaijan şirkətinin məlumatında deyilir.
Məlumata görə, 3D vizuallaşdırma texnologiyası həmçinin virtual rejimdə baxış imkanına malikdir və işçilərin uzaq məsafədən obyektlərə baxış keçirməsinə imkan yaradır. Bu da öz növbəsində bir sıra iş proseslərinin sadələşdirilməsinə, vaxt və xərclərin optimallaşdırılmasına, texniki təhlükəsizliyin təkmilləşdirilməsinə və komandalar arasında daha yaxın əməkdaşlığa şərait yaradır.
“Şərqi Azəri platformasının 3D rəqəmsal modeli Xəzərdə BP-nin operatoru olduğu qurğuların bu vaxtadək ilk 3D modelidir. Onun hazırlanması üçün fotoqrammetrik çəkiliş aparılıb, platformanın sferik təsvirlərinin hazırlanması prosesi tamamlanıb və yekun təsvirlər emal edilərək istifadə üçün sistemə yüklənib”, - məlumatda bildirilir.
Həmçinin şirkət məlumat verib ki, 2021-ci ilin sonunadək AÇG yatağındakı bütün dəniz qurğularının 3D vizuallaşdırmasını həyata keçirməyi planlaşdırır və növbəti bir neçə ildə özünün regionda əməliyyatçısı olduğu digər dəniz qurğularında və Səngəçal terminalında da bu rəqəmsal texnologiyani tətbiq etməyi nəzərdə tutur.
“3D vizuallaşdırma texnologiyasının tətbiqi çoxmərhələli “Rəqəmsal əkiz” layihəsinin icrasında atılan ilk addımdır. “Rəqəmsal əkiz” obyektin və ya sistemin virtual modelidir və onun bütün istismar müddətini əhatə etməklə və simulyasiya, maşın öyrənməsi və əsaslandırma vasitələrindən istifadə etməklə qərarların qəbul edilməsinə, həmçinin işin məsafədən hazırlanması və icrasına yardım edir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət