Asiya İnkişaf Bankı (AİB) və Azərbaycanın “Avrora LLC” şirkətlər qrupu MMC dövriyyə kapitalının maliyyələşdirilməsi üçün $5,9 milyon məbləğində kredit sazişi imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Avrora LLC” kredit vəsaitini koronavirus (COVID-19) pandemiyası zamanı işçilərin, fermerlərin və pərakəndə satıcıların fəaliyyətinin dəstəklənməsi və Azərbaycanda təhlükəsiz qida təchizatı zəncirinin təşviqinə yönəldəcək.
“Kredit “Avrora LLC”nin buğda unu, makaron məmulatları, peçenye və süd məhsulları kimi əsas qida məhsullarının istehsalı və tədarükü üçün lazım olan dövriyyə kapitalının maliyyələşdirilməsinə xərclənəcək. Şirkət bu vəsaitdən, həmçinin COVID-19 pandemiyasının təsirini aradan qaldırmaq üçün lazım olan əlavə əməliyyat xərcləri (OPEX) üçün də istifadə edə bilər
Ümumilikdə, kredit, şirkətin fəaliyyətini davam etdirməklə yanaşı, həmçinin 3 minə yaxın işçini, 1,5 minə yaxın fermeri və 12 min ailəyə məxsus kənd mağazasını dəstəkləməyə imkan verəcək.
Kredit 3 il müddətinə ayrllır.
“COVID-19, qida tədarük zəncirini ciddi şəkildə pozub, pərakəndə satıcıların və fermerlərin gəlirlərini azaldıb, qida istehsalını və paylanmasını riskə atıb”, - məlumatda bankın özəl sektor əməliyyatı üzrə baş direktoru Suzanna Gabourinin (Suzanne Gaboury) sözlərindən sitat gətirilir. “Avrora” kimi iri qida şirkətləri ərzaq malları və ilkin tələbat mallarının tədarükünün təminatında mərkəzi rol oynayırlar, bununla da pandemiyanın həm məşğulluq, həm də qida təhlükəsizliyinə təsirini yumşaldırlar”, - o vurğulayıb.
“AİB-nin dəstəyi “Avrora”nın Azərbaycan iqtisadiyyatına töhfəsini artracaq”, - “Avrora LLC” şirkətinin baş direktoru və sahibi Ceyhun Abbasov bildirib. “Dövriyyə kapitalının maliyyələşdirilməsi və korporativ idarəetməni möhkəmlənməsindən başqa bu, bizə insan kapitalını inkişaf etdirməyə, qadınlar üçün daha çox iş yerləri yaratmağa kömək edəcək”, - Abbasov əlavə edib.
“Avrora LLC” Azərbaycanda üçüncü ən böyük qida və içki istehsalçısı və distribyutorudur.
Xəbər verildiyi kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ilin mart ayında “Avrora” şirkətlər qrupuna istehsalın genişləndirilməsi üçün 50 milyon 668,5 min manat (25 milyon avro) məbləğində kredit (2 tranşla) ayırıb. 12,5 milyon avro məbləğində ilk tranş makaron məmulatlarının istehsalına investisiya qoyuluşu üçün nəzərdə tutulub. Qrup makaron fabrikinin tikintisini davam etdirir və kredit vəsaitinin bir hissəsini qısamüddətli kreditlərin təkrar maliyyələşdirilməsi üçün sərf etməyi planlaşdırır. 12,5 milyon avro məbləğində ikinci tranş peçenye və tort istehsalının maliyyələşdirilməsinə, o cümlədən avadanlıqların satın alınmasına sərf olunacaq. Layihənin ümumi dəyəri 56 milyon 748,72 min manatdır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5 milyarddan artıq məbləğdə kredit ayırıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət