Azərbaycan prezidenti İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə vəenerji effektivliyi haqqında” qanun imzalayıb.
Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
Cümə günü rəsmi mətbuatda dərc olunan qanuna əsasən, Azərbaycanda enerji resurlarının effektivliyinin artırılması məqsədilə istehlak olunan enerjinin ölçülməsi və hesablanmasını təmin edən ağıllı sayğacların, istilik və qaz istehlakı sahəsində sayğacların quraşdırılması nəzərdə tutulur.
Bundan başqa, sənəd binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının həyata keçirilməsi, enerji auditinin aparılması, həmçinin 3 ildən bir məcburi enerji auditinin keçirilməsini nəzərdə tutur.
O cümlədən, qanunla Enerji effektivliyi fondunun yaradılması nəzərdə tutulur. Fondun vəsaiti enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait(enerji resurslarının satışından əldə olunan vəsait), kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların və digər donorların ayırmaları, fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər, qanunla qadağan olunmayan digər mənbələrdən formalaşır.
Azərbaycan prezidenti həmçinin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”qanunununtətbiqi barədə
fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti Energetika Nazirliyinin təklifləri əsasında enerji effektivliyi fondunun yaradılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Həmçinin, hökumətə doqquz ay müddətində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasının layihəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Bundan başqa, Nazirlər Kabinetinə həmin qanunda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Energetika Nazirliyinin Aparatının işçilərinin say həddinin artırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. **
B.Rüstəmbəyov, N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət