2021-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 596,1 min barel (iyulda 606 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
“OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
2021-ci ilin avqust ayı üçün Azərbaycanın gündəlik hasilat kvotası 627 min barel olub. Beləliklə, Azərbaycan avqust ayında “OPEC plus” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 104,9% yerinə yetirib.
“OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
“OPEC plus” ölkələri nazirlərinin iyul ayının 18-də keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 milyon barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət