2022-ci ildə RF-nin Novqorod vilayətinin şirkətlərindən ibarət biznes missiya Azərbaycana səfər edə bilər. Bu barədə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi məlumat verir.
“Sentyabrın 22-də Rusiya Sənaye və Ticarət Nazirliyinin “Ticarət Nümayəndəliyi ilə bir saat” layihəsi çərçivəsində Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Novqorod vilayətinin işgüzar birliyi arasında videokonfrans formatında müşavirə keçirilib. Mirsayapov müəssisələrin sorğularına cavab verib, Novqorod vilayətinin Azərabaycana mal tədarükünü daha perspektivli istiqamətlərini qeyd edib”, - Ticarət Nazirliyinin Facebook hesabında məlumat verilir.
Novqorod İxraca Dəstək Mərkəzinin direktoru Tatyana Lavrentyeva qeyd edib ki, vilayətin şirkətləri Azərbaycana ixracın artırılmasına yönəlib.
“Hazırda Azərbaycanın işgüzar dairələrinin Novqorod vilayətinə biznes missiyasına hazırlıq işləri aparılır. 2022-ci ildə Novqorod şirkətlərinin nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili imkanı nəzərdən keçirilir”, - Ticarət Nazirliyinbdən vurğulanır.
2020-ci ildə Azərbaycana Novqorod vilayətindən $4,4 milyon dəyərində, 2021-ci ilin 7 ayı ərzində - $3,1 milyon dəyərində (artım 42%) mal yola salınıb. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət