Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam gücü ilə işə salınması üçün Marabda-Türkiyə Respublikasının sərhədinə qədər olan dəmir yolu sahəsinin inşasının başa çatdırılması istiqamətində Gürcüstan tərəfindən müvafiq işlərin sürətləndiriləcəyinə ümid edir. Bunu baş nazir Əli Əsədov deyib.
“Dəhlizin tam gücü ilə işə salınması üçün Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən birgə işlər davam edir. Bu baxımdan, Marabda-Türkiyə Respublikasının sərhədinə qədər olan dəmir yolu sahəsinin inşasının başa çatdırılması və mərhələli şəkildə istismara verilməsi üçün Gürcüstan tərəfindən müvafiq işlərin sürətləndiriləcəyinə ümid edirik”, - deyə Ə.Əsədov Azərbaycan Respublikası və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi iki dəfədən çox artıb. 2021-ci ilin 8 ayı ərzində bu marşrut üzrə yük daşımalarının həcmi 345 min tondan çox olub.
Ə.Əsədov Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə açılan yeni əməkdaşlıq imkanlarının vacibliyini də qeyd edib.
“Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası bütün region ölkələri üçün faydalıdır. Yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması yük daşımalarının artmasına xidmət edəcək və regional miqyasda iqtisadi cəhətdən əhəmiyyətli fayda verəcək. Mən konkret olaraq Zəngəzur dəhlizini nəzərdə tuturam”, - deyə baş nazir bildirib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət