BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 70-ci sessiyası çərçivəsində “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” üzrə Azərbaycan Hökumətinin dördüncü dövri məruzəsinin virtual formatda təqdimatı keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilir.
Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi hökumət nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadin və Uşaq problemləri uzrə Dövlət Komitəsi, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri daxil olub.
Təqdimat zamanı Xələfov Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
O cümlədən, nazir müavini COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Bundan başqa, o, 2013-2018-ci illəri əhatə edən dördüncü dövri məruzədə əksini tapmış və eləcə də, hazırki dövrədək ölkədə qəbul edilən əhəmiyyətli tədbirlərə yönəlmiş iqtisadi, sosial və mədəni hüquqların təmin edilməsi üçün mövcud hüquqi baza və dayanıqlı inkişaf sahəsində atılan praktiki addımlar barədə müfəssəl məruzə edib.
Xələfovun sözlərinə görə, dördüncü dövri məruzə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müqavilə qurumları qarşısında təqdim etdiyi ilk hesabat olub.
Nazir müavini regionun iqtisadi, sosial və mədəni inkişafına əsas maneə olan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına 44 günlük Vətən müharibəsi nəticəsində son qoyulduqdan sonra regionun və burada yaşayan insanların rifahının daha da yaxşılaşdırılması və əməkdaşlıq üçün yeni reallıqların yarandığını vurğulayıb. Bu, bir milyona yaxın qaçqın və məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün imkan yaradıb. Onun sözlərinə görə, bu qayıdış qaçqınların və məcburi köçkünlərin pozulmuş haqlarının bərpa edilməsinə və müdafiəsinə böyük töhfədir.
Təqtimatdan sonra Beynəlxalq Paktın 1-15-ci maddələrini əhatə edən 4 bölmə üzrə konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb. İnteraktiv dialoq zamanı çıxış edən BMT-nin müvafiq Komitəsinin üzvləri tərəfindən səsləndirilən sualları Azərbaycanın aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri cavablandırıblar.
18 dövlətin nümayəndəsinin daxil olduğu BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsi 15 oktyabr tarixinədək Dövri məruzə və interaktiv dialoqa dair öz tövsiyələrini Azərbaycan hökumətinə təqdim edəcək. **
A.Salayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət