Prezident İlham Əliyev bəyan edib ki, Bakı Azərbaycan qazını alan Avropa ölkələrinin sayının artırılması üçün Avropa İttifaqı (Aİ) ilə birgə işləməyi planlaşdırır.
“Azərbaycan 2020-ci ilin sonunda Avropaya qaz ixracına başlayıb. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq”, - deyə dövlət başçısı oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, Bakı və Brüssel arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri də nəqliyyat sektorudur. “Avropa Komissiyasının bizim nəqliyyat sektorumuza böyük əhəmiyyət verməsi məni çox qane edir. Biz Avropa təsisatlarının bu sahəyə ciddi yanaşmasını görürük. Bu, təkcə iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq baxımından deyil, həm də ümumilikdə regionda sabitlik və təhlükəsizlik baxımından həqiqətən də çox ümidverici sahə ola bilər. Biz Azərbaycanda nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlamışıq və biz hazırıq, artıq bu potensialdan istifadə edirik”, - deyə İ.Əliyev vurğulayıb.
Hazırda Azərbaycan qazı Avropaya ötürmə gücü 16 milyard kubmetr olan Cənub Qaz Dəhlizi vasitəsilə nəql edilir. Bu həcmin 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri Türkiyə üçün nəzərdə tutulub. Qazın alıcıları İtaliya, Yunanıstan və Bolqarıstandır. Azərbaycan 2021-ci ildə bu ölkələrə 5-5,5 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət