KİV nümayəndələri üçün növbəti seminar keçirilib
Bakcell şirkəti jurnalistlər üçün növbəti dəfə iki günlük seminar təşkil edib. Hər il təşkil olunan bu ənənəvi seminarın əsas məqsədi jurnalistləri mobil telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, innovasiyalar və son tendensiyalar barədə maarifləndirməkdir. Seminar mobil telekommunikasiya üzrə məlumatlılığın və bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edir.
“Mobil Telekommunikasiya – Son Trendlər və Yeniliklər” mövzusunda keçirilmiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist qatılıb. Seminarda təlimçi qismində Bakcell və digər telekommunikasiya şirkətlərini təmsil edən Azərbaycanın aparıcı telekommunikasiya ekspertləri çıxış edib. Tədbir zamanı “Post COVID dövründə İT, Telekomda və istehlakçı davranışında trendlər”, “Mobil şəbəkənin inkişafı və dövlət əhəmiyyətli tədbirlərdə şəbəkə dayanıqlığını təmin etmək üçün görülən işlər”, “Pandemiyanın müştəri xidməti sektoruna təsiri və rəqəmsallaşma tendensiyaları”, “Data mərkəzlərinin telekommunikasiyada rolu”, “VoLTE texnologiyasının inkişafı” və “Smart şəhərlər və onların qurulmasında telekommunikasiya sənayesinin rolu” mövzuları üzrə interaktiv sessiyalar keçirilib.
Faydalı məruzə və təqdimatlarla yadda qalmış seminar zamanı təlimçilər jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, onlarla fikir mübadilələri və müzakirələr aparıblar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət