Gürcüstanın İnfrastruktur vəRegionalİnkişaf Nazirliyinin Avtomobil yolları Departamenti Xaraqauıli bələdiyyəsini “Şərq-Qərb” avtomaqistralı (E-60) ilə birləşdirən Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti yolunun 25,6 km-lik hissəsinin yenidən qurulmasına dair Azərbaycanın “Akkord Industry Construction Investment Corporation OJSC” şirkəti ilə müqaviləsinə xitam verib.
Nazirliyin məlumatına görə, müqaviləyə xitam verilməsi podratçının üzərinə götürdüyü öhdəlikəri yerinə yetirməməsi ilə şərtlənir. Müqavilə 2018-ci il dekabrın 4-də imzalanıb, işlərin dəyəri təqribən $20 milyon təşkil edirdi.
“Akkord Industry” şirkəti Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti yolunun Moliti-Çumateleti hissəsinin yenidən qurulmasına dair elan edilmiş beynəlxalq tenderin qalibi olub. Tenderdə 13 şirkət iştirak edib.
Layihə Asiya İnkişaf Bankının (AİB) krediti hesabına maliyyələşib. İşlər müqavilə imzalandığı gündən 2,5 il ərzində yerinə yetirilməli idi.
2017-ci ildə AİB Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti yolunun 50 km-lik hissəsinin yenidən qurulması və modernləşməsi layihəsinin maliyyələşdirilməsinə $80 milyon dəyərindəkredit ayırıb.
“Akkord Industry Construction Investment Corporation OJSC” şirkəti 2005-ci ildə təsis olunub. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət